Azərbaycanda hüquqi şəxslərin gəlir vergisi üzrə proqnoz 21 % artırılır

Azərbaycanda hüquqi şəxslərin gəlir vergisi üzrə proqnoz 21 % artırılır

25 Oktyabr 2022 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan hökuməti gələn il hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmaların 6 milyard 417 milyon manat təşkil edəcəyini proqnozlaşdırır.

Oxuməni.az bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 21,3 % çoxdur.

2023-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 milyard 720,7 milyon manat, xərclərinin isə 33 milyard 300 milyon manat olacağı gözlənilir. Bunlar, 2022-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,2 %3,1 % çoxdur. Son nəticədə dövlət büdcəsində 2 milyard 579,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 16,95 % azdır.