Azərbaycanda meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti proqnozlaşdırılır

Azərbaycanda meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti proqnozlaşdırılır

6 Avqust 2012 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında avqustun 07-də hava şəraiti əsasən günəşli keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 23-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 27-28, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq. Avqustun 07-08-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir yaranan durğun hava şəraiti fonunda gündüz güclü isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

O.M.