Sabiq nazir və deputatın Panamadakı şirkəti ləğv edilib

Sabiq nazir və deputatın Panamadakı şirkəti ləğv edilib

5 Aprel 13:51
314
Bəyəndim (0) Bəyənmədim (0)

"Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və Milli Məclisin sabiq deputatı Hüseynbala Mirələmovun 2004-cü ildə Panamada qeydiyyatdan keçirdikləri şirkət fəaliyyətini dayandırıb. Panama mənbələrinə görə, RİMBA S.A.-nın statusu “vigente”dən (aktiv) ‘suspendido”ya keçib, yəni ləğv edilib".

Oxuməni.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz "facebook" səhifəsində məlumat verib.

Qeyd olunur ki, şirkətlə bağlı ilk məlumat 2020-ci il parlament seçkiləri ərəfəsində yayılıb: "15 il deputat mandatı daşımış Hüseynbala Mirələmovun bir ay sonra seçkiyə qatıldığı dairənin nəticələri ləğv olunub.

Həmin ilin mayında isə DTX Əbülfəs Qarayevin rəhbəri olduğu Mədəniyyət Nazirliyində əməliyyat keçirdi, bir neçə yaxın adamı həbs edildi, özü isə vəzifəsindən azad edildi".

Xatırladaq ki, Mirələmov ötən il biabırçı videosu ilə bir daha gündəmə gəlmişdi, görüntülər hətta ABŞ televiziyalarında da yayılmışdı.

Qeyd edək ki, şirkət yaradılan zaman Əbülfəz Qarayev nazir, Hüseynbala Mirələmov isə deputat olub.