Azərbaycanda leysan yağışlar nəticəsində çayların səviyyəsi normadan xeyli artıb

Azərbaycanda leysan yağışlar nəticəsində çayların səviyyəsi normadan xeyli artıb

20 İyul 2012 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyulun 19-dan etibarən ölkə ərazisində yağan leysan xarakterli yağışlar nəticəsində Şamaxı rayonu ərazisindən axan Pirsaatçayda suyun səviyyəsi kəskin artmışdır. Naxçıvançayda səviyyə 5 sm, Lənkərançayda 11 sm, Viləşçayda isə 25 sm artım qeydə alınmışdır. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-105, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında 90-150, Naxçıvan MR çaylarında isə 108 faizini təşkil edir.

İyulun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 30 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 160 m3/s, ongünlük normanın 143 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər az olmaqla 155 m3/s və ongünlük normanın 138 faizini təşkil etmişdir.
İyulun 20-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 48 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 194 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir.

O.M.