Şimal-qərb bölgəsinə yağan güclü yağış və dolu Balakən rayonunda ciddi fəsadlar törədib

Şimal-qərb bölgəsinə yağan güclü yağış və dolu Balakən rayonunda ciddi fəsadlar törədib

20 İyul 2012 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, səhər saatlarında rayonda hava şəraiti qəfildən pisləşib və güclü küləklə müşayiət olunan yağış yağıb. Bəzi ərazilərdə dolu düşüb. Rayonunun bir neçə kəndində həyətləri və evləri su basıb, rayon mərkəzinə elektrik verilişi dayandırılıb. Belə ki, rayonun bir neçə kəndində, həmçinin Talalar və Sarıbulaq kəndlərində elektrik dirəkləri aşıb, naqillər qırılıb. Güclü küləklə müşayiət olunan dolu bəzi evlərin dam örtüyü və şüşələrini qırıb. Hazırda rayon mərkəzi də daxil olmaqla ətraf kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.

O.M.