Sabah hava buludlu, küləkli və yağmurlu olacaq, temperatur 30 dərəcəyədək düşəcək

Sabah hava buludlu, küləkli və yağmurlu olacaq, temperatur 30 dərəcəyədək düşəcək

14 İyul 2012 13:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacaq.

O.M.