Keçmiş icra hakimindən Masazıra miras qalan PROBLEMLƏR – “Göydən başımıza daş yağır” – VİDEO REPORTAJ

Keçmiş icra hakimindən Masazıra miras qalan PROBLEMLƏR – “Göydən başımıza daş yağır” – VİDEO REPORTAJ

2 Fevral 2022 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonu Masazır qəsəbəsinin sakinləri etiraz edirlər.

Oxuməni.az Bizim.media-ya istinadən xəbər verir ki, səbəb isə həyət evlərinin ortasında bina tikintisidir.

“Abşeronun keçmiş icra hakimi vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun yaratdığı problemlər bitib tükənmək bilmir. Yeni gələn icra hakimi Abdin Fərzəliyev isə hələ bu problemlərə müdaxilə etmək fikrində deyil. Görünür, hələ nəyin kimə məxsus olduğunu öyrənir”. Bunu Masazır kəndinin bir qrup sakini söyləyir. Onlar şikayət edirlər ki, heç bir qanuni əsas olmadan düz fərdi yaşayış evlərinin ortasında göydələn ucaldılır. Hələ bu azmış kimi, heç bir təhlükəsizlik qaydasına da əməl olunmur.

Şikayətlərini Bizim.Media-ya açıqlayan qəsəbə sakinləri həm də bildiriblər ki, inşaat firması qazma işlərinə başlayacaqları barədə heç kimə məlumat verməyib. Təhlükəsizlik tədbirləri ilə heç inşaat işçiləri də əhatə olunmayıb:

“Başımıza daş-palçıq yağır. Bizə demişdilər ki, burada üçmərtəbəli fərdi yaşayış evi olacaq. İndi isə məlum olur ki, burada 10 mərtəbəli böyük bir bina tikilir. Binanın hüdudları tam bizim hasarlarımıza bitişikdir. Kimə deyiriksə də bizi eşitmək istəmir”.

Sakinlərin bildirdiyinə görə, əslində həmin ərazidə bina tikintisi qadağandır. Bu ərazi ancaq fərdi yaşayış evləri üçün nəzərdə tutulub.
Masazır kənd icra nümayəndəsi Şahmar Həsənov isə deyir ki, mən tikintini saxlatdırmışam, sahibkarla əlaqə saxlamışam, gəlib hər şeyə əncam çəkəcək.

Əməkdaşlarımızın hadisə yerindən hazırladığı videoreportajda isə mənzərə tam başqadır. Tikinti gedir və heç bir mənada qayda-qanuna əməl edilmir.