Sabah Bakıda 31 dərəcə isti olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-23 , gündüz 26-31 dərəcə isti olacağı ehtimalı var. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
İyulun 06-dan 08-dək Abşeron yarımadasında atmosfer təzyiqinin enərək normadan xeyli aşağı olması və güclü küləyin əsməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, yay mövsümündə davamlı xəzri küləyinin yaratdığı sərinlik müsbət amildir.
O.M.





































































.jpg)
.jpg)
.jpg)
















