Azərbaycanda Avro-6 standartına uyğun benzin və dizel istehsal olunacaq

Azərbaycanda Avro-6 standartına uyğun benzin və dizel istehsal olunacaq

4 İyul 2012 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) gəlirlərinə hələlik təsir göstərmir. Apa - nın xəbərinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, bu proses davam edəcəyi halda, şirkətin gəlirlərinə təsirini göstərəcək.

Azərbaycanın Argentinaya xam neft satmaqda davam edəcəyini deyən

R. Abdullayev ölkənin Avro-3 standartlarına keçməsindən də danışıb. O qeyd edib ki, hazırda ölkədəki qurğular yalnız Avro-3 standartlarına uyğun benzin istehsal etməyə imkan verir: "Dizelə gəlincə, biz hətta Avro-6 buraxa bilərik. Bununla əlaqədar işlər gedir, yeni neft-qaz emalı kompleksi tikilir. Bunun nəticəsi olaraq 2019-2020-ci illərdə Azərbaycan Avro-6 standartına qədər həm benzin, həm də dizel yanacağı buraxa biləcək".

O.M.