Ermənistan rəhbərliyindən sarsaq "sanksiya": Türk mallarına qadağa uzadıldı, itirən sadə ermənilərdir

Ermənistan rəhbərliyindən sarsaq "sanksiya": Türk mallarına qadağa uzadıldı, itirən sadə ermənilərdir

24 İyun 2021 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan ölkəyə Türkiyə mənşəli malların idxalına qoyulan qadağanı daha 6 ay uzadıb.

Oxuməni.az xəbər verir ki, müvafiq qərar bu gün hökumətinn iclasında qəbul edilib.

Türkiyə mənşəli malların idxalına qoyulan qadağa Türkiyəyə iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı, təhlükəsizlik baxımı ilə əsaslandırılıb. Bununla bərabər, vurğulanıb ki, "Avrasiya İqtisadi İttifaqı haqqında" Müqaviləyə əsasən, Aİİ-yə üzv dövlətlər bu Müqavilənin 7 saylı Əlavəsinə uyğun olaraq, üçüncü ölkələrlə ticarətdə qeyri-tarif tədbirlərini birtərəfli qaydada tətbiq edə bilərlər. “Müvafiq olaraq, müvəqqəti tədbir qüvvəyə mindiyi tarixdən etibarən ən çox 6 ay müddətində qüvvədədir”.

Beləliklə, qərar 2022-ci il yanvarın 1-dək qüvvədə olacaqdır.

Öz növbəsində, Ermənistanın iqtisadiyyat naziri vəzifəsini icra edən Vaan Kerobyan bu dövrdə Türkiyədən idxalın ümumi həcminin təxminən 70% azaldığını qeyd edib.