Tramp yanvarın 20-də hakimiyyəti Baydenə təhvil verəcəyini vəd edib
Amerika prezidenti Donald Tramp bildirib ki, seçkilərin nəticələri ilə razı olmasa da, yanvarın 20-də qanunlara uyğun şəkildə hakimiyyəti Baydenə təhvil verəcək.
Oxuməni.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, Tramp:
"Baxmayaraq ki, mən seçkilərin nəticələri ilə tam razı deyiləm, bununla belə, yanvarın 20 - də hakimiyyətin Baydenə ötürülməsini təmin edəcəyəm", - deyib
Eyni zamanda Tramp vurğulayıb ki, tarixdə ən yaxşı prezidentlik müddətinin başa çatmasına baxmayaraq, o və onun tərəfdarları güclü və daha qüdrətli ABŞ uğrunda mübarizəni davam etdirəcəklər.
Xatırladaq ki, artıq ABŞ Konqresi hər iki palatanın birgə iclasında Baydenin prezident seçkilərində qələbəsini təsdiqləyib.
Oxuməni.az
Digər xəbərlər




















































































