Gələn həftə Moskvada anomal Sibir şaxtaları gözlənilir
Gələn həftə Moskvada anomal Sibir şaxtaları gözlənilir.
Oxuməni.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Fobos" hava Mərkəzinin aparıcı əməkdaşı Yevgeni Tişkovets bildirib.
"Gələn həftə Moskva üzərinə Arktikadan soyuq hava kütlələri daxil olacaq. Nəticədə havalar dəhşətli dərəcədə soyuyacaq. Moskva və ona yaxın olan ərazilərdə əsl Sibir şaxtaları başlayacaq", - deyə o bildirib.
Sinoptikin sözlərinə görə, artıq yanvarın 11-də səhər saatlarında Moskvada temperatur mənfi 15 - 20 dərəcə olacaq. Növbəti gecə isə Moskva və ətraf ərazilərdə 20-25, bəzi yerlərdə isə 27 dərəcə şaxta gözlənilir.
Tişkovets qeyd edib ki, Moskvada bu cür şaxtalar son üç ildə müşahidə edilməyib və havalar isti keçib: "Amma bu il keçmişdə olduğu kimi Moskva və ona yaxın ərazilərdə güclü qar yağacaq və əsl Sibir şaxtaları hökm sürəcək".
Oxuməni.az




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















