Əlcəzair Rusiyanın hərbi baza təklifini rədd edib
Əlcəzair yaxın vaxtlarda öz ərazisində Rusiyaya hərbi obyektlər, o cümlədən hərbi dəniz donanması və Hərbi Hava Qüvvələri bazaları yaratmaq hüququ vermək niyyətində deyil.
Oxuməni.az avia.pro-ya istinadən xəbər verir ki, Rusiya tərəfinin bu məsələdə maraqlı olması barədə informasiya təxminən bir ay əvvəl yayılıb. Yerli "Kadara" nəşrinin məlumatına görə, Əlcəzair Rusiya ilə yalnız hərbi-texniki əməkdaşlıqla kifayətlənmək niyyətindədir.
"Əlcəzair öz ərazisində Rusiya hərbi bazası yaratmağı planlaşdırmır. Qarşılıqlı fəaliyyət hərbi-texniki əməkdaşlıqla məhdudlaşır", - deyə "Kadara" informasiya nəşri bildirir.
Mütəxəssislər Rusiyanın bütün dünyada mövqelərini gücləndirdiyini vurğulayaraq Sudanda Hərbi Dəniz Donanmasının tikintisinə başlamasına diqqəti cəlb edirlər. Qeyd edilir ki, Sudana paralel olaraq Rusiya Kubada, Venesuelada və Əlcəzairdə bazalarını yaratmaq niyyətindədir.
Əziz Mustafa




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















