Pandemiya Almaniyaya təxminən 400 milyard avroya başa gələcək
Koronovirusun Almaniyaya vurduğu zərərin həcmi get-gedə artmaqdadır.
Oxuməni.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, koronavirusun Almaniyaya vurduğu zərər hazırda 212 milyard avrodan çoxdur, Bununla bağlı proqnozlar da olduqca bədbindir. Belə ki, iqtisadçıların proqnozlarına görə, yaxın gələcəkdə ölkənin pandemiya ilə bağlı itkiləri 400 milyard avro təşkil edəcək.
"Əgər mart ayına qədər infeksiya sayının əhəmiyyətli dərəcədə azalmasına nail ola bilməsək, bu bir fəlakət olacaq", - deyə alman İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri Marsel Frasser bildirib. Onun sözlərinə görə, bundan sonra illərlə vaxt lazım olacaq ki, avrozonada ixracdan çox asılı olan Avropa və xüsusilə Almaniya iqtisadi itkilərinin yerini doldura bilsin.
"Bu halda, iqtisadi iflas dalğasının ağır nəticələri özünü göstərəcək, iş yerləri bağlanacaq və işsizlik fəlakətli hala çatacaq",-deyə,tanınmış iqtisadi ekspertlər xəbərdarlıq edirlər.
Oxuməni.az




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















