Baydenə koronavirus əleyhinə peyvənd, yoxsa adi vitamin vurulub?

Baydenə koronavirus əleyhinə peyvənd, yoxsa adi vitamin vurulub?

22 Dekabr 2020 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın yeni seçilən prezidenti Co Bayden koronavirus əleyhinə peyvənd olunub.

Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Delaver ştatında klinikaların birində baş tutan peyvənd olunma prosesi CNN tərəfindən canlı yayımlanıb. Bayden prosedur zamanı qara maskada olub və daha sonra klinika işçilərinə təşəkkürünü bildirib.

Bununla belə Trampa yaxın dairələr Baydenə peyvənd deyil, adi vitamin vurulduğunu bildiriblər. Onların iddialarına görə, peyvəndin fəsadlarından qorxan Bayden ABŞ ictimaiyyətini aldadıb və özünü rekalm etməklə əhalidə peyvəndə olan inamsızlığı və qorxunu aradan qaldırmaq istəyib.

Oxuməni.az