İsveç Rusiya təhlükəsinə qarşı hərbi xərcləri artırır
İsveç Baltik dənizi, Şimali Atlantika və Şimal qütb dairəsində Rusiyanın hərbi fəaliyyətinin əhəmiyyətli dərəcədə artmasına cavab olaraq Silahlı Qüvvələrin modernləşdirilməsi üçün hərəkətə keçib.
Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə Skandinaviya ölkəsinin müdafiə naziri Peter Xultkvist bazar ertəsi "Times" qəzetində gedən məqaləsində bildirib.
Onun sözlərinə görə, Rusiya bölgədə müharibəyə yüksək səviyədə hazırlaşmaqdadır.
"Rusiyanın Murmanskda Arktika briqadası ilə böyük hərbi-dəniz bazası yerləşir və biz onların mütəmadi olaraq keçirdikləri hərbi təlimlərini müşahidə edirik. Bundan məqsədi ABŞ - Avropa İttifaqını parçalamaq və transatlantik əlaqələri dağıtmaqdır", - deyə o yazıb.
Hökumət koalisiyası (Sosial-Demokrat və ətraf Mühitin Mühafizəsi) partiyaları oktyabr ayında Mərkəz Partiyası və "Liberallar" ilə İsveçin müdafiə strategiyası layihəsi çərçivəsində müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması barədə razılığa gəliblər.
"2021-2025-ci illər ərzində müdafiə üçün əlavə ayırmalar 27,5 mlrd.İsveç kronu (3,11 mlrd. dollar) olacaq, yəni hərbi xərclər 40% artacaq. Bu, 1950-ci ildən bəri ən böyük hərbi xərclərdir. Biz 2025-ci ildə İsveçin hərbi potensialının böyük şəkildə artacağını görəcəyik".
Hazırda hərbi büdcənin həcmi 60 milyard kron (6,4 milyard dollar) təşkil edir.
Emin Axund




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















