“Kəşfiyyat, hərbi məqsədlər və zərbə üçün PUA-lardan istifadə çox uğurludur"

“Kəşfiyyat, hərbi məqsədlər və zərbə üçün PUA-lardan istifadə çox uğurludur"

15 Oktyabr 2020 08:27
Bəyəndim (0) Bəyənmədim (0)

Dağlıq Qarabağdakı hərbi fəaliyyəti analiz edəndə görürük ki, bir tərəfdə yüksək texnologiya ilə vuruşan müasir Azərbaycan Ordusu, digər tərəfdə isə SSRİ-nin 80-ci illərinin köhnə ordusu var. Burda hətta “hansı ordu güclüdür” sualı belə aktual deyil.

Oxuməni.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi analitik Oleq Jdanov axar.az-a açıqlamasında deyib.

“Hətta Ermənistan silahlı qüvvələrinin 1960-70-ci illərin bir qədər kamuflyaj olunmuş dəbilqəsindən istifadəsi artıq çox şey deyir. Onların döyüş texnikası da köhnə sovet taktikası ilə müqayisə edilə bilər”, – o bildirib.

Ukraynalı analitikin sözlərinə görə, ermənilər son 30 ildəki konfliktlərdən nəticə çıxarmalı idilər. Xüsusilə Suriya və Ukraynadakı müharibədən dərs almalıydılar:

“Bu gün artilleriyanın sadə səngərdə mövqe tutması – faktiki olaraq məğlubiyyət deməkdir. Ermənistan ordusu mobil hərbi fəaliyyətin nə olduğunu bilmir”.

Oleq Jdanov bu savaşda Azərbaycan Silahlı Qüvvələrinin olduqca parlaq təsir bağışladığını da qeyd edib:

“Kəşfiyyat, hərbi məqsədlər və zərbə üçün PUA-lardan istifadə çox uğurludur. Bu, gələcəyin taktikasıdır. Azərbaycan bütün dünyaya gələcəyin silahlarını və döyüş texnikasını nümayiş etdirir. Azərbaycan Ordusu sözün birbaşa mənasında Ermənistan ordusuna dəhşətli kabus yaşadır”.

Oxuməni.az