Erməni nömrəli maşınları ruslardan müsadirə edirlər
Bütün Rusiyada erməni nömrələri olan avtomobilləri müsadirə etməyə başlayıblar. Buna səbəb isə erməni nömrəli maşın sürən 300 min nəfər rusiyalının müxtəlif bəhanələr altında Ermənistandan gətirdikləri maşınlar üçün gömrük haqqı ödəməməsidir.
Oxuməni.az rambler.ru-ya istinadən xəbər verir ki, üstəlik bu maşınlar yol hərəkəti qaydalarını pozanda radar tərəfindən qeydə alınmır və onlar cərimə edilmirlər.
Erməni nömrəli maşınlar hər yerdə saxlanılır, onu sürənlər cərimə edilir, maşınlar isə cərimə meydançalarına aparılır. İş orasındadır ki, 2015-ci ildə Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olub və bundan sonra adıçəkilən ölkədən gətirilən maşınlar üçün tutulan gömrük haqqı xeyli aşağı olub. Ona görə də ruslar Ermənistandan 5 il ərzində erməni nömrəsi ilə 300 min maşın gətiriblər. Amma 2020-ci ildən etibarən Ermənistandan gətirilən maşınlar xarici maşın hesab edilərək onlardan gömrük haqqı tutulmağa başlayıb. Əgər erməni nömrəli maşının sahibi Ermənistanda yaşamırsa, onda oradan gətirdiyi avtomobil üçün gömrük haqqı ödəməlidir. Gömrük haqqı isə maşının əsl qiymətindən 2-3 dəfə yüksəkdir. İndi erməni nömrəli maşınların sahibi olan ruslar ya gömrük haqqı ödəməli, ya da gedib Ermənistanda qeydiyyata düşməli olacaqlar. Bu isə faktiki olaraq mümkün deyil. Hələlik erməni nömrəli maşınları sürənlər nə edəcəklərini bilmirlər və hökumətdən bu məsələdə güzəşt olunacağına ümid edirlər. Qeyd edək ki, Ermənistanda qeydiyyatda olan maşın sahibləri olan ermənilərə bu qadağalar şamil edilmir.
Emin Axund



































.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)














