Ərdoğan: İrəvan Qarabağdakı məğlubiyyətinə görə Türkiyəni ittiham etməyə çalışır

Ərdoğan: İrəvan Qarabağdakı məğlubiyyətinə görə Türkiyəni ittiham etməyə çalışır

8 Oktyabr 2020 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Tayyib Ərdoğan bildirib ki, Ermənistan Azərbaycanla döyüşlərdə məğlub olduğu üçün Türkiyə qüvvələrinin Dağlıq Qarabağdakı hərbi münaqişədə iştirakı barədə fikirləri dünyaya qəbul etdirməyə çalışır.

Oxuməni.az TASS -a istinadən xəbər verir ki, Türkiyə lideri Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxladığını deyib. Bununla yanaşı, onun qeyd etdiyi kimi, bütün bu illər ərzində beynəlxalq birlik Azərbaycana qarşı yeni təxribatlar üçün zəmin yaradıb.

"Bu gün Azərbaycan addım-addım torpaqları azad edir. Ermənistan döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayır və buna görə də Türkiyənin hərbi əməliyyatlarda iştirakı haqqında fikir formalaşdırmağa çalışır", - deyə Ərdoğan vurğulayıb.

Türkiyənin dövlət başçısı Ankaranın haqq və ədalətin tərəfində dayandığını bəyan edib və lazım gəldikdə Azərbaycanı dəstəkləməyə hazır olduğunu vurğulayıb.

O, həmçinin bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin uzunmüddətli həlli üçün BMT TŞ-nin dörd qətnaməsi yerinə yetirilməli və beynəlxalq hüquq normaları nəzərə alınmalıdır.

Emin Axund