Putin Lukaşenko ilə Qarabağı müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları beynəlxalq problemləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
“Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin gedişatına xüsusi diqqət yetirilib. Əlaqələrin müxtəlif səviyyələrdə davam etdirilməsi nəzərdə tutulub”, - deyə məlumatda bildirilib.
Oxuməni.az
Digər xəbərlər