BMT-də Əfqanıstanın vitse-prezidentinə qarşı hücumu pisləyiblər
BMT-nin baş katibi Antoniu Quterreş Əfqanıstanın Birinci vitse-prezidenti Əmrulla Salehə qarşı hücumu pisləyib.
Oxuməni.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyuzarrik bildirib.
"Baş katib Kabildə baş vermiş və onlarla dinc sakinin həlak olduğu və xəsarət aldığı Birinci vitse-prezident Əmrulla Salehin rəsmi kortejinə hücumu qəti şəkildə pisləyir",-deyə o bildirib.
Qeyd edilib ki, Quterreş ölkədə vəziyyətin dinc yolla nizama salınması barədə BMT-nin mövqeyinə sadiq olduğunu bir daha təsdiqləyib.
Bundan əvvəl ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib ki, Amerika tərəfi Əfqanıstanın Birinci vitse-prezidenti Əmrulla Salehə qarşı hücumu pisləyir.
Oxuməni.az
Digər xəbərlər
















































.jpg)
.jpg)
.jpg)

































