"Böyük yeddilik" ölkələri  Aleksey Navalnının zəhərlənməsini sərt şəkildə pisləyiblər

"Böyük yeddilik" ölkələri Aleksey Navalnının zəhərlənməsini sərt şəkildə pisləyiblər

9 Sentyabr 2020 09:05
Bəyəndim (2) Bəyənmədim (0)

"Böyük yeddilik" ölkələri birgə bəyanat verərək Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnının zəhərlənməsini qəti şəkildə pisləyiblər.
Oxuməni.az rosbalt.ru-ya istinadən xəbər verir ki, "G7" in xarici işlər nazirləri Rusiya hakimiyyətini mümkün qədər tez "dəhşətli hücum"un şəffaf istintaqını aparmağa və günahkarları cəzalandırmağa çağırıblar.

Almaniya "G7" üzrə tərəfdaşlarına klinik və toksikoloji ekspertizaların nəticələri barədə məlumat verib. Məlumatda deyilir ki, Navalnını Rusiyada istehsal edilən "Noviçok" qrupuna aid edilən zəhərli kimyəvi maddə vasitəsi ilə zəhərləyiblər.

Oxuməni.az