Dmitri Kuleba  rusiyalı həmkarı Sergey Lavrovla təcili söhbətin təşəbbüskarı olub

Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovla təcili söhbətin təşəbbüskarı olub

7 Sentyabr 2020 16:38
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba Donbasdakı son hadisələri müzakirə etmək üçün rusiyalı həmkarı Sergey Lavrovla təcili söhbətin təşəbbüskarı olub.
Oxuməni.az kommmersant.ru-ya istinadən verir ki, buna səbəb ötən bazar günü Donbasdakı qanunsuz silahlı birləşmələr tərəfindən əməliyyat zonasında təxribatlar törədilməsi olub.
Kuleba insidenti regionda vəziyyətin dinc yolla nizamlanması prosesini pozmaq cəhdi adlandırıb.
"Mən yaranmış vəziyyəti və çıxış yollarını müzakirə etmək üçün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla təcili söhbətin təşəbbüskarı olmuşam", – deyə o, Facebook səhifəsində yazıb.
Bununla yanaşı, sentyabrın 6-da tanınmamış Luqansk Xalq Respublikasının (ÇXR) silahlı dəstələri ilə Ukrayna ordusunun bölmələri arasında atışma baş verib.

Oxuməni.az