Lukaşenkonun adı Aİ-nin qara siyahısına daxil edilməyib
Avropa İttifaqı Belarus rəhbərliyi nümayəndələrinin qara siyahısını hazırlayıb.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, qara siyahıya Belarus DİN rəhbəri də daxil olmaqla 31 nəfər daxildir. Bununla belə prezident Aleksandr Lukaşenkonun adı siyahının ilk versiyasına daxil edilməyib.
Reuters agenliyi Aİ-dəki etibarlı mənbəyə istinadən bildirib ki, siyahıda əvvəlcə daha az adamın adı olub.
"Biz əvvəlcə 14 addan ibarət siyahı hazırladıq, lakin bir sıra ölkələr bunun kifayət etmədiyini hesab etdilər, buna görə də biz oraya əlavə adamların adlarını daxil etdik", - deyə agentliyin həmsöhbəti bildirib. Reuters qeyd edir ki, bu siyahıda ən yüksək vəzifəli məmur Daxili İşlər Nazirliyinin rəhbəridir.
Oxuməni.az
Digər xəbərlər
















































.jpg)
.jpg)
.jpg)

































