Avropa İttifaqı "Navalnı işi" üzrə bəyanatla çıxış edib

Avropa İttifaqı "Navalnı işi" üzrə bəyanatla çıxış edib

4 Sentyabr 2020 10:13
Bəyəndim (1) Bəyənmədim (0)

Avropa İttifaqı ölkələri rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsini pisləyib.

Oxuməni.az-ın rosbalt.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-yə üzv olan 27 dövlətin adından verilən bəyanatda deyilir.

"Avropa İttifaqı Aleksey Navalnının sui -qəsdini ən qəti şəkildə pisləyir", - deyə bəyanatda bildirilir. Orada qeyd olunub ki, müxalifətçi "Noviçok "qrupuna aid hərbi kimyəvi sinir-paralitik maddələri ilə zəhərlənib, eyni zamanda, 4 mart 2018-ci il tarixində Solsberidə Yuliya Skripallara sui-qəsd zamanı da ondan istifadə olunub". Bəyanatda vurğulanır ki, kimyəvi silahın tətbiqi tamamilə qəbuledilməzdir və insan hüquqları sahəsində beynəlxalq hüquq və standartların kobud şəkildə pozulmasıdır.

Aİ eyni zamanda Rusiyanı sanksiyalar tətbiq etməklə hədələyib. "Avropa İttifaqı müvafiq tədbirlər görmək hüququnu özündə saxlayır, "- deyə bəyanatda bildirilir.

Avropa İttifaqı Rusiya hökumətini istintaqın tam şəffaf olması və günahkarların məsuliyyətə cəlb olunması üçün əlindən gələni etməyə çağırıb. Bəyanatda bildirilir ki, Moskva Beynəlxalq araşdırmanın bitərəf olması üçün Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı ilə əməkdaşlıq etməlidir.

Oxuməni.az