Rusiyanın xeyrinə casusluqda ittiham olunan amerikalı günahını etiraf edib
Amerikanın keçmiş xüsusi təyinatlısı Piter Rafael Dzibinski-Debbins, Rusiya kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə cümə axşamı həbs edilib.
Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o həbs ediləndən sonra Rusiyaya casusluq etdiyini boynuna alıb.
Məhkəmə materiallarından göründüyü kimi, 45 yaşlı Robert Rafael Debbins, 1996-cı ilin dekabr ayından 2011-ci ilin yanvar ayına qədər Rusiyanın kəşfiyyatı ilə əməkdaşlıq etdiyini bildirib. Həmin dövrdə o, vaxtaşırı Rusiyaya səfər edib, xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb. 1998-ci ildən 2005-ci ilə qədər Debbins Amerika ordusunun Kimya Qoşunlarında zabit kimi xidmət edib, bundan sonra kapitan rütbəsində xüsusi təyinatlılara keçib. ABŞ ədliyyə Nazirliyi iddia edir ki, o, Rusiya kəşfiyyatının təkidi ilə xidmət yerini dəyişib.
Oxuməni.az
















































.jpg)
.jpg)
.jpg)

































