Nazarbayev Rusiya, ABŞ, Çin və Aİ-nin nüvə silahsızlığı ilə bağlı sammitinin keçirilməsini təklif edib

Nazarbayev Rusiya, ABŞ, Çin və Aİ-nin nüvə silahsızlığı ilə bağlı sammitinin keçirilməsini təklif edib

27 Avqust 2020 10:10
Bəyəndim (3) Bəyənmədim (0)

Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev nüvə arsenalının ixtisarı məsələsində Rusiya, Çin, ABŞ və Aİ liderlərinin iştirakı ilə sammit keçirməyi təklif edib.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Nazarbayev öz ideyasını avqustun 26-da BMT Baş Assambleyasının xüsusi sessiyasının iştirakçılarına ünvanladığı məktubda səsləndirib. Onun müraciətini respublikanın xarici işlər naziri Muxtar Teyuberdi oxuyub: "1991-ci ildə müstəqillik əldə edən Qazaxıstan planetdə güc baxımından dördüncü olan nüvə silahı arsenalından imtina etmək üçün könüllü seçim etdi. Tarix bu addımın düzgünlüyünü təsdiqləyib - biz öz parlaq nümunəmizlə göstərmişik ki, tərəqqiyə doğru sülh yolu ilə irəliləmək olar".

Oxuməni.az