Rusiya Maliyyə nazirliyi kosmik proqram üçün ayırığı vəsaiti 150 milyard rubl azaldıb
Rusiyanın Federal Kosmik Proqramının (FKP) maliyyələşdirilməsi 2025 ilinə qədər 150 milyard rubl azalıb.
Oxuməni.az-ın Kommersant.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Roskosmos"un baş direktoru Dmitri Roqozin bildirib. Onun fikrincə, maliyyələşdirmə 1,4 trilyon rubldan aşağıdır və bu kosmik sənayenin tənəzzülünə səbəb ola bilər.
"2025-a qədər "Roskosmos"un büdcəsində 1 trilyon 406 milyard rubl olmalıdır. Amma artıq büdcə 150 milyard rubl azalıb. Bu, federal büdcənin gəlirlərinin azalması ilə bağlıdır",-cənab Rogozin bildirib. Onun sözlərinə görə, maliyyələşdirmənin azalması səbəbindən " Roskosmos "Angara " üçün üçüncü dərəcəli ağır hidrogen mühərriklərinin istehsalı ilə bağlı müvafiq müqavilə imzalaya bilmir.
Oxuməni.az
Digər xəbərlər



















































.jpg)
.jpg)
.jpg)






























