Co Bayden rekord həcmdə  ianə toplayıb

Co Bayden rekord həcmdə ianə toplayıb

22 Avqust 2020 10:34
2 118
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-da bu il keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi olan Cozef Bayden seçki kampaniyasının keçirilməsi üçün son dörd gün ərzində 70 milyon ABŞ dolları məbləğində ianə toplayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “CNN” televiziyasına siyasətçinin seçki qərargahından məlumat verilib.

Bildirilib ki, Cozef Bayden təkcə iki gün ərzində seçki kampaniyası üçün 48 milyon ABŞ dolları ianə toplayıb.

Qeyd edək ki, Demokrat Partiyası avqustun 18-də Cozef Baydeni ali dövlət postuna namizədliyini təsdiq edib. Daha sonra, Viskonsin ştatının Miluoki şəhərində virtual şəkildə keçirilən partiya qurultayında Cozef Bayden ABŞ prezidenti postuna namizəd olmağa razılıq verib.

ABŞ-da 59-cu prezident seçkiləri noyabr ayının 3-nə planlaşdırılıb. Bu seçkilərdə Cozef Baydenin rəqibi respublikaçıların namizədi, hazırkı prezident Donald Tramp olacaq.

Oxuməni.az