Tramp Baydenin dünya şöhrətli liderlərlə işləyə bilməyəcəyini bəyan edib
Rusiya Prezidenti Vladimir Putin, ÇXR-in sədri Si Sinpin,Türkiyənin lideri Tayyib Ərdoğan və Şimali Koreya lideri Kim Çen İn dünya səviyyəli şahmatçılardır.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden isə seçkidə qələbə qazanacağı təqdirdə, onlarla bərabər səviyyədə işləyə bilməyəcək. Bazar ertəsi Ağ Evin lideri Donald Tramp Viskonsin ştatında tərəfdarları qarşısında çıxış edərkən Baydenin güclü siyasətçi olmadığını xüsusi vurğulayıb. Onun çıxışı Amerikanın xəbər telekanalları ilə canlı yayımlanıb.
"Qulaq asın, mən bir şeyi başa düşdüm ki, Putin, ÇXR-in sədri Si Sinpin, Şimali Koreya lideri Kim Çen İn, prezident Tayyib Ərdoğan - onlar bütün dünya səviyyəli şahmatçılardır", - deyə prezident qeyd edib. O, Baydenin siyasətçi kimi dövləti idarə edə bilməyəcəyini söyləyib.
Oxuməni.az






















































.jpg)
.jpg)
.jpg)



























