Antalya şəhər meri koronavirusa yoluxub
Türkiyənin Antalya şəhərinin meri Muhiddin Böcək koronavirusa yoluxduğu barədə məlumat verib.
Oxuməni.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, o dərhal xəstəxanaya aparılıb.
"Mənim koronavirus testim müsbət nəticə verdi. Müalicə olunuram və hazırda yaxşı əhval-ruhiyyədəyəm", - deyə Tvitter-də cənab Böcək yazıb. O, hamını ictimai yerlərdə maskalardan istifadə etməyə və sosial məsafəyə riayət etməyə çağırıb.
Onu da deyək ki, Türkiyədə, təxminən, 250 min koronavirusa yoluxmuş şəxslər qeydə alınıb. Onlardan da təxminən 6 min nəfəri ölüb.
Oxuməni.az
Digər xəbərlər






















































.jpg)
.jpg)
.jpg)



























