Minskdə vəziyyət gərgin olaraq qalmaqda davam edir

Minskdə vəziyyət gərgin olaraq qalmaqda davam edir

17 Avqust 2020 10:13
Bəyəndim (1) Bəyənmədim (0)

Genişmiqyaslı etiraz aksiyasından sonra Minskdə polis insanları həbs etməyə başlayıb.

Oxuməni.az-ın Belarus mətbuatına istinadən verdiyi məlumata görə, polis əməkdaşları aksiya iştirakçılarını şəhər mərkəzində və ətrafında, eləcə də Mərkəzi Univermağın yanında maşınlara dolduraraq naməlum istiqamətə aparırlar.

Xatırladaq ki, bazar günü Belarusun paytaxtı Minskdə Aleksandr Lukaşenkonun yenidən prezident seçilməsinə qarşı ən çoxsaylı etiraz aksiyası keçirilib. Etiraz aksiyasında bir neçə yüz min adam iştirak edib.

Oxuməni.az