
Belarusda gün ərzində 700 nəfər saxlanılıb
Belarusda həbslər davam edir.
Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, icazəsiz kütləvi aksiyalarda iştiraka görə çərşənbə günü Belarusda 700-ə yaxın şəxs saxlanılıb.
"Daxili İşlər Nazirliyi ölkədə hüquq qaydasının qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə səlahiyyətləri daxilində hələ də lazımi tədbirlər görür. İcazəsiz kütləvi tədbirlərdə iştirakına görə 700-ə yaxın insan saxlanılıb", - deyə nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd olunur ki, çərşənbə günü müxtəlif internet resurslarında yolların bloklanmasına çağırışlar yerləşdirilib.
Oxuməni.az
Digər xəbərlər