
Rusiyanın FHN-in daha bir təyyarəsi Beyruta köməyə gedib
Saratovdan Fövqəladə Hallar Nazirliyinin daha bir təyyarəsi Beyruta yardım üçün yola düşüb.
Oxuməni.az RBC-yə istinadən xəbər verir ki, İl-76-da koronavirus aşkar etmək üçün avadanlıq və 15 rusiyalı mütəxəssis var.
Əvvəllər Livanın paytaxtına FHN-in xilasediciləri, həkimlər, psixoloqlar və itlərlə kinoloqlar göndərilmişdi.
Xatırladaq ki, ən güclü partlayış çərşənbə axşamı axşam saatlarında limanda baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, səbəb Limanın anbarlarından birində 2750 ton ammonyak selitrinin düzgün saxlanılmaması olub.
Oxuməni.az
Digər xəbərlər