Moskvada koronavirusdan ölənlərin sayı 4 510 nəfərə yüksəlib

Moskvada koronavirusdan ölənlərin sayı 4 510 nəfərə yüksəlib

4 Avqust 2020 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12 nəfər ölüb.

Oxuməni.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 12 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusa yoluxanların sayı 243 406, ölənlərin sayı isə 4 510 nəfərə çatıb.

Oxuməni.az