
"İsaias" qasırğası Şimali Karolina sahillərinə çatıb
Atlantik okeanında meydana gələn "İsaias" qasırğası ABŞ-ın Şimali Karolina əyalətinin sahillərini əhatəsinə alıb.
Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərargahı Mayamidə (Florida) yerləşən ABŞ Milli qasırğa müşahidəsi mərkəzi xəbər verib.
Məlumata görə, küləyin sürəti 38 m/s-yə çatıb. Hazırda qasırğa Şimali Karolina ştatının Vilminqton şəhərindən 65 km cənub-qərbdədir və şimal-şərq istiqamətində 9,7 m/s sürətlə hərəkət edir.
Daha əvvəl qasırğa yaxınlaşdığına görə Cənubi və Şimali Karolinanın sahil bölgələrində, eləcə də Nyu-Yorkda fırtına xəbərdarlıqları verilib.
Qasırğa mövsümü, adətən, Atlantikdə iyunun əvvəlindən noyabrın sonuna qədər altı ay davam edir. Atmosfer fenomeni tropik fırtına kimi təsnif edilir və əhatəsindəki küləyin sürəti təqribən 17,5 m/s-yə çatanda bu adı alır. Küləyin sürəti 33 m/s və ya daha çox olduqda isə fırtına qasırğa adlandırılır.
Oxuməni.az