Zelensky Ukraynanın koronavirusun ikinci dalğasına hazır olduğunu açıqladı
Ukrayna lideri Vladimir Zelenski selektor müşavirəsi zamanı bildirib ki, Ukrayna COVİD-19 koronavirus infeksiyasının ikinci dalğasına hazırdır.
Oxuməni.az Russian.rt.com-a istinadən xəbər verir ki, Zelenski deyir ki, "biz vəziyyətdən daim xəbərdar olmalıyıq, amma reaksiyanı şişirtməyə ehtiyac yoxdur", — deyə onun mətbuat xidməti bildirir.
O qeyd edib ki, hazırda "ölkədə koronavirus infeksiyasının yayılması ilə bağlı heç bir kritik epidemiya və ya hansısa "qırmızı nöqtə" yoxdur".
"Sağalanların sayı 50%-dən çoxdur. Biz ikinci dalğaya hazırıq, amma ümid edirik ki, bu da ötüb gedəcək", - deyə o əlavə edib.
Daha əvvəl bildirilmişdir ki, iyulun 17-dən Kiyev vilayətində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün karantin tədbirləri gücləndirilmişdir.
Oxuməni.az
























































.jpg)
.jpg)
.jpg)
























