ABŞ-ın 5 ştatında koronavirusa yoluxma sayında rekord qeydə alınıb

ABŞ-ın 5 ştatında koronavirusa yoluxma sayında rekord qeydə alınıb

25 İyun 2020 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın beş ştatında - Florida, Texas, Oklahoma, Cənubi Karolina və Kaliforniyada bir günə yeni növ koronavirusa yoluxma üzrə rekordlar qeydə alınıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ştatların səhiyyə departamentlərinin məlumatlarında bildirilib.

Belə ki, Florida Səhiyyə Departamenti son sutkada ştatda 5 508 koronavirusa yoluxma aşkarlandığını və bunun ştat üçün rekord olduğunu açıqlayıb. Oklahomada 482, Cənubi Karolinada isə 1 291 yeni yoluxma faktı aşkar edilib. Daha əvvəl də rekord qeydə alınmış Texas və Kaliforniyada isə rekordlar yenilənib: müvafiq olaraq 5 5517 149 yeni yoluxma faktı qeydə alınıb.

Oxuməni.az