Rumıniyada koronavirusa yoluxanların sayı 25 minə çatır

Rumıniyada koronavirusa yoluxanların sayı 25 minə çatır

24 İyun 2020 16:20
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniyada son gündə 321 koronavirusa yoluxma halları aşkar olunub və COVID-19 xəstələrinin ümumi sayı 24 826-ya çatıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Nazirlər Kabineti yanında koronavirus ilə bağlı vəziyyət üzrə Strateji Əlaqə Qrupu məlumat yayıb.

Bildirilib ki, pandemiya başlayandan bəri 1 555 nəfər COVID-19-un qurbanı olub.

Qeyd olunub ki, təxminən 17,4 min xəstə virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Əlavə edək ki, Rumuniya mayın 15-dən etibarən ölkədə fövqəladə vəziyyət rejimini ləğv edib, əvəzində iyulun 17-dək qüvvədə olacaq yüksək hazırlıq rejimini tətbiq edib.

Oxuməni.az