Bolton Trampın əleyhinə ifadə verməyə hazırlaşır

Bolton Trampın əleyhinə ifadə verməyə hazırlaşır

24 İyun 2020 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton prezident Donald Trampın ÇXR lideri Si Szinpinə yenidən prezident seçilməsinə kömək göstərməyi xahiş etdiyi barədə sözlərini təsdiqləmək üçün and içdiyini bildirib.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Fox xəbərlər telekanalına danışıb.

Onun sözlərinə görə, Tramp və Szinpinin görüşündə olan hər kəs, Amerika lideri yardım üçün həmkarından xahiş etdiyi zaman and içərək ifadə verməyə hazırdır. "Bunlar mənim xatirələrimdir. Ancaq hesab edirəm ki, bu, Çin tərəfinin xatırladığı bir şeydir", - Bolton bildirib.

Prezidentin keçmiş müşaviri bu məsələni Milli Təhlükəsizlik Şurasının üzvləri, Ağ Evin vəkili və baş prokurorla müzakirə etdiyini bildirib.

Oxuməni.az