Maduro Trampla danışmaq istəyib

Maduro Trampla danışmaq istəyib

23 İyun 2020 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampla danışığa hazır olduğunu ifadə edib.

Bu barədə Oxuməni.az RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, Venesuela rəhbəri danışığın ancaq hörmətcil tonda olması şərtini irəli sürüb.

Bundan əvvəl Tramp da həmçinin bildirib ki, Maduro ilə Venesuela liderinin vəzifədən gedişi haqqında Maduro ilə danışmağa hazırdır.

Maduro isə buna cavab olaraq qeyd edib ki, nə vaxt lazım olsa, o, dialoqa hazırdır.

"Mən Trampla danışa bilərdim", - Maduro deyib.

Qeyd edək ki, 2019-cu ilin 21 yanvarında Venesuelada kütləvi etirazlar başlayıb. Nəticədə müxalifət lideri Xuan Quaydo özünü respublikanın müvəqqəti prezidenti elan edib. ABŞ-ın başçılığı ilə bir sıra ölkələr Quaydonu dövlət başçısı kimi tanıyıb. Lakin bəzi dövlətlər Maduronu prezident kimi qəbul edirlər.

Oxuməni.az