Tümen bölgəsində Qanköçürmə stansiyasında COVİD-19 halları aşkar edilmişdir

Tümen bölgəsində Qanköçürmə stansiyasında COVİD-19 halları aşkar edilmişdir

22 İyun 2020 15:46
Bəyəndim (0) Bəyənmədim (0)

Tümen vilayətində Qanköçürmə stansiyasının doqquz işçisi koronavirusa yoluxub.

Oxuməni.az russian.rt.com-a istinadən xəbər verir ki, bu barədə Rospotrebnadzor İdarəsinin region üzrə epidemioloji nəzarət şöbəsinin müdiri Aleksandr Letyuşev bildirib.

O bildirib ki, "Belə hallar var və təəssüf ki, bizdə doqquz xəstəlik qeydə alınıb".

Onun sözlərinə görə, xəstələr laboratoriyanın əməkdaşlarıdır, yəni donorlarla birbaşa əlaqəsi olmayan insanlardır.

"Xəstələr arasında əlaqə qurulmayıb", — deyə o əlavə edib.

Oxuməni.az