Zelenski: "İran Boeingə görə vədi yerinə yetirməsə, Ukrayna məhkəməyə müraciət edəcək"

Zelenski: "İran Boeingə görə vədi yerinə yetirməsə, Ukrayna məhkəməyə müraciət edəcək"

22 İyun 2020 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Tehran üzərində vurulmuş Ukrayna laynerinin qəzaya uğraması ilə əlaqədar üzərinə götürdüyü vədləri və öhdəlikləri yerinə yetirməkdən imtina edərsə, beynəlxalq məhkəmələrə iddialar irəli sürəcək.

Oxuməni.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın the Globe and Mail nəşrinə müsahibəsində bildirib.

Zelenski qeyd edib ki, söhbət "qara qutuların qaytarılmamasından deyil, digər vədlərdən də gedir", - deyə İran hökumətinin rəsmi üzr istəməsi və adekvat kompensasiya ödəməli olduğunu bildirib.

Xatırladaq ki, 8 yanvar 2020-ci ildə "Boeing 737" Ukrayna Beynəlxalq Hava Yolları" Tehrandan Kiyevə uçub, səhvən İran hərbçiləri tərəfindən vurulub. Bütün 167 layner sərnişini və doqquz ekipaj üzvü həlak olub.

Oxuməni.az