Vaşinqtonda  iyunun 22-23-də İsrailin "İlhaq planı" müzakirə ediləcək

Vaşinqtonda iyunun 22-23-də İsrailin "İlhaq planı" müzakirə ediləcək

21 İyun 2020 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Vaşinqton rəhbərliyi iyunun 22-23-də İsrailin "İlhaq planı"nı müzakirə edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 13” telekanalı məlumat yayıb.

Məlumata görə, iclasa ABŞ Prezidenti Donald Tramp, Dövlət katibi Mayk Pompeo, Trampın müşaviri Kuşner, Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Robert Brayn və ABŞ-ın İsraildəki səfiri Devid Fridman qatılacaq.

Bildirilir ki, Vaşinqton rəhbərliyi Netanyahunun Qərbi Şəriyədəki qanunsuz yəhudi yaşayış məntəqələrini və İordan vadisini İsrailə ilhaq planını tətbiq etməsinə dəstək verilib-verilməyəcəyini qərarlaşdıracaq.

Qeyd edək ki, İsrail rəhbərliyi iyulun 1-dən etibarən "İlhaq planı"nı həyata keçirmək istəyir.

Oxuməni.az