ABŞ-da yanğınlara görə insanlar təxliyə edilir

ABŞ-da yanğınlara görə insanlar təxliyə edilir

19 İyun 2020 16:41
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Arizona ştatının 2 mindən çox sakini ştatda tüğyan edən meşə yanğınları səbəbi ilə təxliyə edilməli olub.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazıb.

Qeyd olunur ki, yanğın ötən həftə Tonto Milli Qoruğunda başlayıb. Güclü külək və çox aşağı rütubət nəticəsində yanğın nəzarətdən çıxıb və artıq 42 min hektardan çox əraziyə yayılıb.

ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, bu yanğın miqyasına görə Arizona tarixində yeddinci ən böyük yanğındır.

Oxuməni.az