Pekində koronavirusa yoluxma ocağı nəzarət altına alınır

Pekində koronavirusa yoluxma ocağı nəzarət altına alınır

19 İyun 2020 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Çin epidemioloqları bildirirlər ki, Pekinin topdansatış bazarında tapılmış "Sinfadi"nin genomunun koronavirus nümunələrinin təhlili göstərir ki, onlar hazırda Avropada yayılmış ştamlarından daha yaşlı olurlar.

Oxuməni.az Euronews-a istinadən xəbər verir ki, bu barədə TASS-ın yaydığı məlumatda deyilir.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, ölkənin paytaxtında infeksiyanın yayılması ocağı nəzarətə götürülüb. İnfeksion xəstəliklərin profilaktikası üzrə Mərkəzin baş elmi işçisi Vu Tssunyu brifinqdə belə deyib: "Biz bu vəziyyətdə çox operativ fəaliyyət göstərmişik, epidemiyanın mümkün genişləndirilməsi yolunda əngəllər qoymuşuq və infeksiya mənbəyini təyin edə bildik, koronavirus üçün bütün yolları bağladıq".

Oxuməni.az