Böyük Britaniyanın dövlət borcu 57 ilin rekordunu yeniləyib

Böyük Britaniyanın dövlət borcu 57 ilin rekordunu yeniləyib

19 İyun 2020 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın dövlət borcunun ÜDM-ə nisbəti mayda 1963-cü ildən bəri ilk dəfə olaraq 100%-i üstələyib.

Oxuməni.az “Bloomberg”ə istinadən xəbər verir ki, belə yüksək göstərici iqtisadiyyatda məhsul istehsalının aşağı düşməsini və COVID-19 pandemiyasının qabağını almaq üçün xərclərin artmasını əks etdirir. Vergi gəlirlərinin azalması, məşğulluğu və sahibkarları dəstəkləmək üçün maliyyə paketlərinin sayının və həcminin artması fonunda, aprel və may aylarında illik müqayisədə dövlət borcu 87 mlrd. funt sterlinq artaraq 103,7 mlrd. funt sterlinq təşkil edib.

Xatırladaq ki, Böyük Britaniya iqtisadiyyatı apreldə aylıq müqayisədə rekord 20,4% səviyyəsində azalıb, inflyasiya isə mayda 0,5%-ə qədər yavaşlayaraq 4 illik minimuma enib.

Oxuməni.az