
Moskvada son sutkada koronavirusdan 48 nəfər ölüb
Moskvada son sutka ərzində koronavirusdan ölənlərin sayı 48, yoluxanların sayı isə 1040 nəfər olub.
Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, şəhərdə ölənlərin ümumi sayı 3531-ə çatıb.
Yoluxanların ümumi sayı isə 210785 nəfərdir, onlardan 130 431 nəfər sağalıb.
Oxuməni.az
Digər xəbərlər