Belarusda koronavirusa yoluxanların sayı 56 mini ötdü

Belarusda koronavirusa yoluxanların sayı 56 mini ötdü

17 İyun 2020 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusda son sutkada koronavirusa daha 663 yoluxma, 6 ölüm faktı qeydə alınıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Belarusun Səhiyyə Nazirliyi yayıb.

Ölkədə yoluxanların ümumi sayı 56 032-yə, ölənlərin sayı isə 324-ə çatıb.

Məlumata görə, pandemiyadan 32 735 pasiyent sağalıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə koronavirusun ikinci dalğasının başlayacağı barədə xəbərdarlıq edərək daha ciddi hazırlıq işləri görməyi tapşırmışdı.

Belarus əhalisinin sayı 9 475 174 nəfərdir.

Oxuməni.az