Çin və Hindistan razılaşdı

Çin və Hindistan razılaşdı

17 İyun 2020 14:55
Bəyəndim (1) Bəyənmədim (0)

Çin və Hindistan sərhəddə baş verən toqquşmadan sonra problemin sülh yolu ilə həll edilməsinə razılıq verib.

Oxuməni.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien mətbuat konfransında deyib.

“Tərəflər məsələni dialoq və danışıqlar yolu ilə həll etmək, sərhəddəki vəziyyəti sakitləşdirmək, sülh və əmin-amanlığı təmin etmək barədə razılığa gəldilər”, - XİN rəsmisi bildirib.

O qeyd edib ki, toqquşma Hindistan əsgərlərinin təxribat xarakterli hücumundan sonra baş verib:

“Bir daha Hindistandan razılaşmaya uyğun hərəkət etməsini tələb edirik”.

Qeyd edək ki, ANİ agentliyi iki ölkə arasında baş verən silahlı toqquşma zamanı Hindistanın 20, Çinin isə 43 əsgərinin öldüyünü iddia edib.

Oxuməni.az